Yunanıstanda sabiq Səhiyyə naziri koronavirusdan vəfat edib
8 May 2020 16:17 DünyaYunanıstanın sabiq Səhiyyə naziri Dimitris Kremastinos yeni növ koronavirusdan (COVID-19) vəfat edib.
Sabiq nazir koronavirusdan müalicə olunduğu xəstəxanada ölüb.
D. Kremastinos 1993-1996-cı illərdə Andreas Papandreounun hakimiyyəti dövründə Yunanıstanın Səhiyyə naziri vəzifəsində çalışıb, Yunanıstan parlamentinin deputat olub.
Qeyd edək ki, sabiq nazir martın 26-da xəstəxanaya yerləşdirilib.
APA.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31