Rusiya dəhşətli raketlərini Arktikaya göndərir

Rusiyanın çoxfunksiyalı sualtı qayıqları, freqatları və "Admiral Naximov" atom raket kreyseri "Çirkon" hipersionik qanadlı raketləri ilə təchiz ediləcək.

Bunu Rusiya Müdafiə nazirinin müavini Aleksey Krivoruçko deyib. O, "Çirkon" raketlərinin 885, 885M, 949AM layihəli sualtı qayıqlar, 22340, 23560 layihəli gəmilər üçün nəzərdə tutulduğunu bildirib.

Qeyd edək ki, Rusiya bu layihələr əsasında hazırlanmış gəmilərini daha çox Arktika, Şimal qütbü və Sakit okeanda istifadə edir.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31