BƏƏ vətəndaş məmnunluğu qlobal sorğusunda üçüncü yeri tutub
8 May 2020 14:41 DünyaBirləşmiş Ərəb Əmirlikləri yeni koronavirus infeksiyasına 502 yoluxma faktı qeydə almış və ölkədə infeksiyanın ümumi sayının 16240-a çatdığını və ümumilikdə mayın 7-nə 3572 nəfərin virusdan sağaldığını bildirmişdir. Virusun yayıldığı gündən ölkədə 1.3 milion test edilmişdir.
BƏƏ, milli siyasi rəhbərliyə, korporativ liderliyə, cəmiyyət və mediaya söykənərək COVID-19 virusunun yayılmasına qarşı hökümətin reaksiyasından vətəndaşların məmnunluğu qlobal sorğusunda üçüncü yeri tutmuşdur.
BƏƏ COVID-19 müalicəsində irəliləyiş nümayiş etdirir. Belə ki, BƏƏ gündə 10 min işçini test etmək üçün yeni, geniş sınaq mərkəzini açdı. Səlahiyyətli şəxslər iş yerlərinin sağlamlıq və təhlükəsizlik tələblərinə cavab verməsini təmin etməklə həssas təbəqəni qorumaq üçün çalışırlar.
Abu-Dabidə hazırlanmış yeni COVID-19 kök hüceyrə müalicəsi tədqiqatçıların fikrincə, ən yaxşı halda üç ay ərzində geniş istifadəyə hazır ola bilər. Müalicə hazırda bir neçə həftədə tamamlanmaq üçün əlavə sınaqlardan keçir.
Abu Dabidəki bütün restoranlarda müştərilərin təhlükəsizliyini təmin etmək üçün ciddi yeni qaydalarla yenidən açılmasına və məhdudlaşdırılmış şəkildə fəaliyyət göstərməsinə icazə veriləcəkdir
Azyaşlı uşaqlar və 60 yaşdan yuxarı olan risk qruplarını qorumaq üçün onlara BƏƏ-də ticarət mərkəzlərinə, supermarketlərə və ya mağazalara girməyə icazə verilməyəcəkdir.
BƏƏ humanitar yardımını və COVID-19 ilə mübarizə səylərini davam etdirir. COVID-19-a qarşı mübarizədə Avropa, Afrika və Asiya ərazilərini zəruri tibbi və humanitar yardım ilə təmin etmək üçün BƏƏ və Ümumdünya Qida Proqramı tərəfindən üç BƏƏ təyyarəsindən istifadə edərək beynəlxalq hava körpüsü əməliyyatı başlandı.
BƏƏ bu həftə Hindistan, Keniya, Efiopiya, Qvineya, Özbəkistan, Zimbabve və Botsvanaya tibbi yardım göndərmişdir. COVID-19 böhranının başlandığı gündən BƏƏ dünyanın 455.000 tibb işçisinə kömək edərək 41 ölkəyə 455 tondan çox kömək etmişdir.
BƏƏ Hindistan vətəndaşlarının vətənə qayıtmalarına kömək etmək üçün dünyanın ən böyük repatriasiya missiyasını həyata keçirir. Bu günə qədər BƏƏ Hindistana dönənlərə pulsuz uçuşdan əvvəl COVID-19 testi edən yeganə ölkədir.
Dünya Expos idarəetmə orqanının üzv dövlətləri COVID-19 səbəbilə Expo 2020-ni bir illik təxirə salınmağı təsdiqləmək üçün səs vermişlər. Bu qlobal mega tədbir artıq 1 oktyabr 2021-ci ildən 31 mart 2022-dək davam edəcəkdir.