Hindistanda yük qatarı miqrantların üstündən keçdi
8 May 2020 13:49 DünyaHindistanın Maharashtra əyalətində koronavirus epidemiyasının yayılmasının qarşısını almaq üçün ölkə daxilində elan edilən komendant saatına görə evlərinə piyada getmək məcburiyyətində qalan miqrantları yük qatarı vurub.
Hindistan mətbuatında yer alan xəbərlərə görə, evlərinə gedən 20 miqrant işçinin Evrengabad şəhərindəki dəmir yolunda bir müddət yatdıqlarını bildiriblər.
Rəsmilər gələn yük qatarının yolunda yatmış miqrant işçiləri görməsinə baxmayaraq dayana bilmədiyini və qəzada 16 adamın öldüyünü bildirib.
Polis miqrant işçilərin karantin vəziyyətinə görə qatarın olmayacağını düşünərək relslər üzərində yatdığını düşünür.
Hadisə ilə əlaqədar istintaq başlayıb.
Qeyd edək ki, hökümət tərəfindən miqrant işçilərin evlərinə qayıtmaları üçün təşkil etdiyi qatar və ya avtobus xidmətlərinin sayı kifayət olmayıb.
sonxeber.az