Tehranda bərbər və saç ustaları FƏALİYYƏTƏ BAŞLADI
8 May 2020 13:47 Dünyaİranın paytaxtı Tehranda koronavirusa görə bağlanan bərbərlər və saç ustaları bu gün yenidən açılıb.
Koronavirus epidemiyası yayılmağa davam edərkən, bir çox ölkə normallaşma addımları atıb. Koronavirusun yayılmasına qarşı mübarizə çərçivəsində İranın paytaxtı Tehranda bağlanmış bərbərlər və saç ustaları bu gün yenidən fəaliyyətə başlayıb.
Belə ki, Tehrandakı bərbər və saç ustalarının fəaliyyəti lazımi sağlamlıq protokollarına riayət olunmaqla davam edəcək.
Digər tərəfdən, İranda normallaşma prosesinin başlaması ilə, yoluxma sayının az olduğu əyalətlərdə məscidlərin yenidən ibadət üçün açılması planlaşdırılır. Paytaxt Tehrandakı park və bağçalara giriş qadağası aradan götürülür.
Qeyd edək ki, İranda koronavirusa yoluxanların ümumi sayı 103 min 135, həyatını itirənlərin sayı isə 6 min 486-ya çatıb.
sonxeber.az