Bu ölkədə baş nazirin müşaviri koronavirusdan öldü
8 May 2020 13:42 DünyaYaponiyada bir neçə baş nazirin dövründə xarici siyasət məsələləri üzrə müşavir kimi çalışmış Yukio Okamoto koronavrusdan ölüb.
Onun 75 yaşı vardı.
Y.Okamoto 90-cı illərin sonlarında Baş nazir Ryutaro Haşimitonun xarici məsələlər üzrə müşaviri təyin olunub. 2003-2004-cü illərdə Baş nazir Dzünitiro Koidzuminin dövründə də eyni funksiyanı yerinə yetirib. O, həmçinin cari Baş nazir Sindzo Abenin şəxsi məsləhətçiləri qrupuna daxil idi.
Son məlumatlara görə, Yaponiyada 15 477 nəfər koronavirusa yoluxub, onlardan 577 nəfəri ölüb, 4 918 nəfəri isə sağalıb.
oxu.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31