Türkiyə ordusu PKK-nı məhv etdi: Son 30 ildə ilk dəfə...

PKK terror təşkilatı tamamilə sıradan çıxmaq üzrədir.

2016-cı ildən indiyə qədər keçən 4 il ərzində terror təşkilatına ciddi zərbələr endirilib.

Təkcə ötən il terror təşkilatına qarşı 122 min 54, bu ilin ilk beş ayı ərzində isə 27 min 376 əməliyyat keçirilib. Bu əməliyyatlar nəticəsində PKK-nın rəhbərliyində təmsil olunanlar da daxil olmaqla çoxsaylı terrorçu məhv edilib.

2016-cı ildə Türkiyə daxilində 2 min 780 PKK üzvü var idisə, əməliyyatlar nəticəsində bu il 492-yə düşüb.

Türkiyə Daxili İşlər Nazirliyinin məlumatına görə, son 4 ildə ölkə daxilində PKK-nın törətdiyi terror aktları 83 faiz azalıb.

Son 30 ildə terror təşkilatına qoşulanların sayı bu il ən aşağı səviyyədə olub: 2014-cü ildə 5 min 558, 2015-ci ildə 3 min 884, 2016-cı ildə 703, 2017-ci ildə 161, 2018-ci ildə 136, 2019-cu ildə 130 nəfər. Bu ilin ilk beş ayı ərzində terror təşkilatına qatılanların sayı ötən illə müqayisədə 70 faiz azalaraq, 13 faizə düşüb.

publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31