Yaponiya qadağaları yumşaltmağa hazırlaşır – Ölü sayı azalıb

Yaponiyada son sutka ərzində 95 yeni koronavirus faktı aşkarlanıb. 

Olaylar.az xəbər verir ki, uzun müddət sonra ölkədə ilk dəfə virusa yoluxanların sayı 100 nəfəri keçməyib. Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, infeksiya səbəbilə 6 nəfər həyatını itirib. Beləliklə, ümumilikdə ölənlərin sayı 570 nəfərə çatıb. Pandemiya səbəbilə qeydiyyata alınanlar isə 16 min 259 nəfərdir. 

Qeyd edək ki, ölkədə 47 bölgədən 34-də koronavirus qadağaların yumşaldılması haqqında danışıqlar gedir.

yenisabah.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31