Əsgərliklə bağlı ŞOK QƏRAR: bu şəxslərə çağırış göndərilməyəcək
8 May 2020 13:12 DünyaKoronavirusa yoluxan vətəndaşlar əsgərliyə qəbul olunmayacaq.
Bu barədə ABŞ Milli Müdafiə Nazirliyi (Pentaqon) qərar qəbul edib.
ABŞ mətbuatına sızan təmimnamənin ilkin variantında koronavirus səbəbilə xəstəxanada müalicə alanların orduya qəbul edilməyəcinə dair maddə yer alıb.
Pentaqon yeni bir açıqlama ilə sızan mətnin doğru olduğunu, lakin yeniləndiyini bildirib. Açıqlamada COVİD-19 diaqnozu qoyulan, lakin xəstəxanada müalicə almasına ehtiyac qalmayan vətəndaşların 28 günlük izolyasiya müddətindən sonra hərbi çağırışa müraciətlərinin qəbul ediləcəyi qeyd olunub.
Xəstəxanada müalicə alanların isə COVİD-19 xəstəliyinin qalıcı təsirlərinin hələ ki, bilinməməsindən dolayı orduya qəbul edilmə prosesindən daimi ələnəcəyi vurğulanıb.
publika.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31