Koronavirusa qarşı İLK VAKSİN HAZIRLANDI
İtaliya tədqiqatçıları dünyada koronavirusu məhv edə biləcək ilk vaksin hazırladıqlarını bildiriblər.
8 May 2020 12:09 Dünyaİtaliya tədqiqatçıları dünyada koronavirusu məhv edə biləcək ilk vaksin hazırladıqlarını bildiriblər.
Tədqiqatçılar tezliklə vaksinin insanlar üzərində sınaqlarına başlamağı planlaşdırırlar. Vaksin artıq gəmiricilər üzərində testdən keçirilib. Alimlər siçanlara iynə vurduqdan sonra onlardan anticisimlər götürüblər. Laboratoriya sınaqlarının ilkin nəticələri göstərib ki, anticisimlər koronavirusun insan hüceyrələrinə yoluxmasını dayandırmağa müvəffəq olub.
Vaksinin hazırlanması ilə məşğul olan şirkətin rəhbəri bildirib ki, dərmanın genişmiqyaslı sınaqları cari ilin payızında keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31