Türkiyə səfirliyinin bölgəsinə dəhşətli hücum: ölü və yaralıar var
8 May 2020 12:01 DünyaLiviyanın şərqindəki qanunsuz silahlı qüvvələrin lideri olan Xəlifə Haftara bağlı qüvvələrin paytaxt Tripolinin müxtəlif bölgələrinə həyata keçirdiyi raket hücumu nəticəsində ölənlərin sayı 3-ə, yaralıların sayı 4-ə çatıb.
Bu barədə Liviya Milli Barışıq Hökumətinin Səhiyyə Nazirliyi rəsmisi Əmin əl-Həşimi məlumat yayıb.
Rəsminin açıqlamasında bildirilib ki, ölənlərdən ikisi hüquq-mühafizə orqanı əməkdaşıdır.
Liviyanın Xarici İşlər naziri Məhəmməd Səyyalə hücumun hədəf alındığı bölgələrdə İtalya və Türkiyə səfirliklərinin yerləşdiyini açıqlayıb. O, hadisədən sonra səfirlərlə telefon danışığı gerçəəkləşdirib.
publika.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31