Əfqanıstan səhiyyə nazirinin Covid-19 testi müsbət çıxıb
8 May 2020 11:56 DünyaƏfqanıstan Səhiyyə naziri Firuzuddin Firuzun Covid-19 test nəticəsi müsbət olub.
Səhiyyə Nazirliyinin mətbuat katibi Vahid Mayar mətbuata verdiyi açıqlamada, Səhiyyə naziri Firuzun virusa yoluxduğunu söyləyib.
Nazir Firuzun bir neçə gündür ev karantinində olduğunu və səhhətinin yaxşı olduğunu bildirən Mayar, ölkə daxilində 256 səhiyyə işçisində virusun tapıldığını da qeyd edib.
Digər tərəfdən, Əfqanıstanda əvvəllər 3 min 224 olaraq açıqlanan hadisələrin sayı 3 min 600-ə yüksəlib, həyatını itirənlərin sayı isə 106 nəfərdir.
sia.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31