Tehranda güclü zəlzələ: 2 ölü, 23 yaralı...

İranın paytaxtı Tehranda baş verən zəlzələ zamanı 2 nəfər həlak olub, 23 nəfər isə yaralanıb.

Bu barədə "Fars" agentliyi yerli hökumət orqanlarına istinadla məlumat yayıb.

Ölənlərdən birinin qaçarkən ürəyi dayanıb.

Yaralıların vəziyyətinin normal olduğu bildirilir.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31