Rusiyada baş həkim koronavirusdan öldü

Moskvada 180 nömrəli şəhər poliklinikasının baş həkimi Yuliya Sergeyeva koronavirusdan vəfat edib. Baş həkim bir aydan çox, 43 gün müddətində süni nəfəs aparatına qoşulub. Y.Sergeyeva bütün görülən tədbirlərə baxmayaraq, dünyasını dəyişib.

Sergeyeva 30 ildən çox tibb sahəsində çalışıb, 2016-cı ildən 180 nömrəli klinikaya rəhbərlik edib.

Qeyd edəkki, bir gün əvvəl Prezident Vladimir Putin koronavirusla mübarizə aparan həkimlərə əlavə sığorta zəmanətləri verən fərman imzalayıb. Fərmana əsasən, tibb işçisinin ölümü halında birdəfəlik ödəmə 2,7 milyon rubl təşkil edəcək.

azvision.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31