İrəvanda 12 təcili yardım işçisi koronavirusa yoluxub
7 May 2020 16:37 Dünyaİrəvanın təcili tibbi yardım xidmətinin 12 əməkdaşında koronavirus infeksiyası aşkarlanıb. Bu barədə "Təcili tibbi yardım" QSC-nin direktoru Taqui Stepanyan bildirib.
Onun sözlərinə görə, 12 tibb işçisində xəstəliyin əlamətləri olmayıb, lakin virus test sayəsində aşkarlanıb. Hazırda onların hamısı müvafiq tibb müəssisələrində təcrid olunublar.
Xatırladaq ki, Ermənistanda ümumilikdə 2884 nəfərdə koronavirus infeksiyası qeydə alınıb, 42 xəstə ölüb.
azvision.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31