Gürcüstan sərhədləri açır – Baş nazir tarixi açıqladı

"Gürcüstan iyulun 1-dən xarici turistləri qəbul etməyə hazır olacaq".

Bu sözləri Gürcüstan Baş naziri Georgi Qaxariya deyib.

"İyunun 15-dən etibarən, Gürcüstan yerli turizm xidmətləri üçün açılacaq və iyulun 1-dən Gürcüstan xarici turistləri qəbul etməyə hazır olacaq. Bunun üçün qonşu ölkələrlə təhlükəsiz dəhlizlər yaradacağıq", - baş nazir bildirib.

Koronavirus pandemiyası ilə əlaqədar olaraq Gürcüstan xüsusi hallar istisna olmaqla, xaricilər üçün sərhədləri bağlayıb və bütün istiqamətlərdə hava nəqliyyatını dayandırıb. Martın 21-dən etibarən ölkədə fövqəladə vəziyyət rejimi tətbiq olunur.

Qeyd edək ki, Gürcüstanda 615 nəfər COVID-19-a yoluxub, 9 nəfər isə ölüb.

teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31