İraq parlamenti yeni baş nazirin namizədliyini təsdiqlədi
7 May 2020 14:05 Dünyaİraq parlamenti Mustafa əl-Kazıminin baş nazir postuna namizədliyini təsdiqləyib.
Məlumat İsrail KİV-i yayıb.
2003-cü ildən, Səddam Hüseyn hakimiyyəti devrildikdən sonra Mustafa əl-Kazımi İraqın 6-cı baş naziri olacaq.
Bununla da son aylar İraqda davam edən siyasi böhranın aradan qaldırıldığı ehtimal edilir.
Parlament həm də Nazirlər Kabineti üzvlüyünə 22 namizəddən 15-ni təsdiqləyib.
Deputatlar ədliyyə, ticarət, mədəniyyət, meliorasiya və miqrasiya naziri postuna namizədləri təsdiqləməyib. Xarici işlər və neft nazirliklərinə namizədlərin təsdiqlənməsi koalision hökumətin növbəti danışıqlarının müzakirəsi üçün boş saxlanıb.
report.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31