Cem Yılmaz evlənməklə bağlı iddialara CAVAB VERDİ

Olaylar.az xəbər verir ki, məşhur komediya ustası Cem Yılmaz sosial media hesabından aktrisa Serenay Sarıkaya ilə evlənəcəyi iddialarına diqqət çəkən cavab verib.
Belə ki, Cem Yılmaz evlənəcəyi ilə bağlı həmin suallara "Twitter" hesabında paylaşaraq cavab yazıb: "Bilsəm evlənməyəcəm, evlənsəm xəbərim olar".
Koronavirus epidemiyası səbəbiylə birlikdə karantin rejimini keçirən Cem Yılmaz və Serenay Sarıkayanın epidemiyadan sonra nikah masasına oturacağı iddia edilib. 45 gündür birlikdə karantində olan cütlüyün bir-birini daha yaxşı tanıdığı, həmçinin, Cem Yılmazın bu yaxınlarda eşq yaşadığı Serenay Sarıkayaya evlənmək təklif etdiyi və 28 yaşlı aktrisadan "Bəli" cavabını aldığı da bildirilib.

sonxeber.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31