Rusiyada bir gündə 11 mindən çox koronavirusa yoluxma qeydə alındı

Rusiyada koronavirusa yoluxma göstəriciləri sürətlə artmaqdadır.

Ölkədə son sutka ərzində 11 231 nəfər koronavirusa yoluxub, 88 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 177 160 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 1 625 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 23 803 nəfər virusdan sağalıb, 151 732 nəfərin müalicəsi isə davam edir.

trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31