İraq və İran arasındakı sərhəd qapısı ticarət keçidləri üçün açılır

İraq hökuməti koronavirusla mübarizə çərçivəsində Zurbatiyah sərhəd keçid məntəqəsini həftədə iki gün ticarət keçidləri üçün İrana açmağı qərara alıb.

Bu barədə İraq mediası məlumat yayıb.

Məlumata görə, İraq Zurbatiyah sərhəd keçid məntəqəsini həftədə iki gün ticarət keçidləri üçün açacaq. 250 yük maşınının bu iki gündə keçməsinə icazə veriləcəyi bildirilib.

Məlumatda qeyd olunub ki, bu qərardan məqsəd yerli bazarları ərzaq və kənd təsərrüfatı materialları ilə təmin etmək və qiymətlərdə sabitliyi qorumaqdır.

Qeyd edək ki, İraq-İran sərhədləri 8 mart tarixindən bağlıdır.

Eastnews.org

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31