Kameranın açıq olduğunu unudan bələdiyyə sədri biabır oldu - VİDEO

Videokonfransa şalvarsız çıxan bələdiyyə sədri pis vəziyyətdə qalıb.

Yeni Zellandiyanın Dunedin şəhərində yaşayan 70 yaşlı David Benson-Pope Zoom proqramı vasitəsi ilə videokonfransa şalvarsız qatıldığına görə biabır olub.

Belə ki, kameranın çəkdiyini unudan Benson Pope alt paltarıyla kitabların tozunu silib. Bu anlar sosial şəbəkələrdə yayılıb, yüzlərlə dəfə paylaşılıb.

Benson məsələ ilə bağlı açıqlamasında bildirib ki, bunu qəsdən etməsə də, həmkarlarının üzünü güldürdüyünə görə halından məmnundur.

milli.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31