Rusiyalı milyarder intihar edib
7 May 2020 12:01 DünyaForbes siyahısında 1,1 milyard dollar sərvəti ilə 86-cı sırada yer alan rusiyalı iş adamı Dmitri Bosov intihar edib. Bosovun cəsədi bu gün Moskva yaxınlığındakı Usovo kəndindəki villasında tapılıb.
52 yaşlı Bosov ölkənin ən böyük 2 kömür mədəni olan "Sibantrasiya" və "Vostokugl"un sahibi idi. O, ilk sərmayəsini alüminium sənayesindən qazanmışdı.
Dmitri Bosov Rusiya prezidenti Putinlə yaxın idi. Bəzən onunla birgə hokkey matçlara qatılır və rəqib komandada oynayırdı.
Bir müddət əvvəl rus mətbuatı onunla bağlı kompromat materiallar dərc edirdi. Yazılarda əsasən Bosovun keçmiş nazirlərindən biri, korrupsiya ittihamı ilə həbs olunan Mixail Abizovla əlaqələrindən bəhs olunur, onun bəzi əmlaklarını gizlətdiyi iddia edilirdi.
Ölümün əsas səbəbinin də məhz daxili hesablaşmalarla əlaqədar olduğu istisna deyil.
Bosov ailəli idi və 4 övladı var.
sia.az