Dünyada koronavirusa yoluxanların sayı – Son rəqəmlər

Dünyada koronavirusa yoluxanların ümumi sayı 3,8 milyonu ötüb.

Olaylar.az xarici mediaya istinadən bildirir ki, koronavirus qurbanlarının sayı isə 263 086 nəfərə çatıb.

Bildirilir ki, virusa yoluxan 1 285 591 nəfər sağalıb.

COVID-19-a ən çox yoluxma ABŞ-da qeydə alınıb. Birləşmiş Ştatlarda koronavirusa 1 252 584 nəfər yoluxub. Bu ölkəni 253,7 min yoluxma ilə İspanya, 214,4 min yoluxma ilə İtaliya izləyir.

Kanada, Hindistan, Peru, Belçika, Niderland, Səudiyyə Ərəbistanı və digər ölkələrdə də koronavirusa yoluxma artır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31