Ukraynada bir gündə 109 tibb işçisi koronavirusa yoluxub

Ukraynada son sutka ərzində koronavirusa 507 yeni yoluxma halı qeydə alınıb, daha 13 nəfər ölüb.

Bu barədə ölkənin Səhiyyə naziri maksim Stepanov deyib. Onun sözlərinə görə, hazırda ümumi yoluxma sayı 13 691 nəfərdir.

"Son bir gündə 507 nəfərdə virus aşkarlanıb, onlardan 28-i uşaq, 109-u səhiyyə işçisidir. 313 nəfər xəstəxanaya yerləşdirilib. 13 ölüm hadisəsi qeydə alınıb. Eyni zamanda, 299 xəstə sağalıb", - deyə Stepanov bildirib.

Nazir əlavə edib ki, pandemiya dövründə ümumilikdə 2396 nəfər koronavirusdan sağalıb, 340 xəstə vəfat edib.

azvision.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31