İran sərhədlərini açır
7 May 2020 10:33 DünyaKoronavirus pandemiyasına qarşı tətbiq edilən məhdudiyyətlər çərçivəsində bütün ölkələr kimi sərhədlərini bağlayan İran bu qaydanı yumşaltmağa başlayıb.
Rəsmi Tehran İraqla ticarətin bərpası üçünZurbatiyah sərhəd qapısını həftədə 2 dəfə ticarət keçidləri üçün açmaq haqqında qərar qəbul edib.
İraq Sərhəd Qapıları İdarəsinin rəhbəri Ömər əl-Vaili yazılı açıqlamasında bu gün 250 yük avtomobilinin keçidinə icazə veriləcəyini qeyd edib. Bu avtomobillər İraqa ərzaq və kənd təsərrüfatı məhsulları daşıyacaq.
Qeyd edək ki, İranla İraq arasında bütün sərhəd qapıları 8 mart tarixində bağlanmışdı.
Xatırladaq ki, İranda bu günə qədər 101 min 650 yeni yoluxma, 6 min 418 ölüm qeydə alınıb. İraqda isə 2 min 40 yoluxma, 102 ölüm olub.
publika.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31