Hindistanda koronavirusa yoluxanların sayı 52 mini keçdi
7 May 2020 10:16 DünyaHindistanda son sutkada 89 nəfər koronavirusdan ölüb.
Məlumatı Hindistanın Səhiyyə və Ailə Rifahı Nazirliyi yayıb.
Bununla da infeksiyadan ölənlərin sayı 1 783-ə çatıb. Son sutkada 3 500-dən çox insan virusa yoluxub. Ölkədə ümumilikdə 52 952 yoluxma faktı qeydə alınıb.
Son sutkada 1 084 nəfər sağalıb. Ölkə üzrə sağalanların sayı 15 266-ya yüksəlib. Hazırda 35 902 pasiyent xəstəxanalarda müalicə alır.
Hindistanın baş naziri Narendra Modi martın 25-dən tətbiq edilən özünütəcrid rejiminin müddətini mayın 17-dək uzadıb.
report.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31