COVID-19 tədqiqatı aparan akademik qətlə yetirildi - ABŞ-da

ABŞ-ın Pittsburq Universitetində yeni növ koronavirus (COVID-19) tədqiqatı aparan bir akademik evində ölü tapılıb.

Məlumatı "CNN" agentliyi yayıb.

Məlumata görə, Pittsburq şəhərinin Ross qəsəbəsinin polisi, çinli professor Binq Liunun başının, boynunun və bədəninin müxtəlif yerlərində güllə izlərinin aşkarlandığını bildirib.

Universitet akademikin COVID-19 ilə bağlı çox vacib bir araşdırma apardığını açıqlayarkən, polis hadisənin açıq bir qətl olduğunu bildirib.

Polis naməlum qətl şübhəlisinin Binqi öldürdükdən sonra avtomobilində intihar etdiyini ifadə edərək, professorun çinli olduğu üçün hədəf alınmasına dair heç bir dəlil olmadığını vurğulayıb.

Universitetin Hesablama və Sistemlər Biologiyası Bölməsindəki həmkarları, Binqin SARS-CoV-2 infeksiyası altındakı hüceyrə mexanizmlərini və onların fəsadlarının hüceyrə əsasını anlamaq üçün apardığı araşdırmada çox önəmli bir nəticə əldə etmək üzrə olduğunu bildiriblər.

Cebhe.info

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31