Koronavirusun 198 mutasiyası aşkar edildi

Londonun Universitet Kollecinin bir qrup alimi koronavirusun yeni tipinin genomunda 198 kiçik dəyişiklik baş verdiyini sübut edə biliblər.

Bu məlumat "İnfection, Genetics and Evolution" jurnalında dərc edilib.

Onların 7500 koronavirus xəstəsi üzərində tədqiqatdan sonra bu qənaətə gəldikləri bildirilib. Alimlər aşkar edilən təkrarlanmış mutasiyaların koronavirusun insan bədəninə adaptasiya olmağa davam etdiyini göstərdiyini aşkar ediblər.

7666 virus genomu nümunəsini tədqiq etdikdən sonra alimlər pandemiyanın 6 oktyabr-11 dekabr aralığında yarandığı qənaətinə gəliblər.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31