Moskva vilayətində altı Özbəkistan vətəndaşı diri-diri yandı - VİDEO
6 May 2020 18:02 DünyaMoskva vilayətinin Ramenski rayonundakı fərdi evdə baş verən yanğında altı nəfər ölüb. Rəsmi məlumatlara görə, üç kişi və üç qadın Özbəkistan vətəndaşı olub.
Bu haqda məlumatı Fövqəladə Hallar Nazirliyinin Moskva vilayəti üzrə idarəsi yayıb.
Mənbə bildirir ki, 5 may tarixində Ramenski rayonunun Durnixa kəndindəki fərdi evdə baş verən yanğın səhər saat 6 radələrində söndürülüb.
Rusiya İstintaq Komitəsinin Ramenski rayon şöbəsinin əməkdaşları 6 nəfərin ölümü ilə əlaqədar cinayət işi açıblar.
"Yanğın zamanı altı naməlum şəxsin, üç kişi və üç qadının cəsədi tapıldı. Yanğının səbəbi naqillərdə nasazlıq ola bilər. İlkin məlumatlara görə, evdə qonşu dövlətlərdən birinin vətəndaşı olan 26 nəfər yaşayırdı. Onların Rusiya Federasiyası ərazisində tapılmasının qanuniliyi yoxlanılacaq". Moskva Regional İstintaq Komitəsinin növbətçisi bildirib.
"Moskovskiy komsomolets" nəşrinin verdiyi məlumata görə, əvvəlcə hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, daha sonra həkimlər gəlmişdilər.
"Ancaq bu vaxt xilas ola biləcək bir adam yox idi. Ağacdan tikilmiş 2-ci mərtəbə krematoruma çevrilib. Bəzi asiyalılar çılpaq halda qaça biliblər, üç kişi və üç qadın isə ölüb. Onlar ikinci mərtəbədən birinci mərtəbəyə yıxılıblar. Cəsədlər çox pis yanıb, ölülərin təxminən 30 yaşında Özbəkistan vətəndaşları olduğu müəyyən edilib", nəşr xəbər verir.
Hal hazırda məhkəmə müstəntiqlərinin iştirakı ilə müayinə aparılıb. Məhkəmə tibbi və yanğın-texniki müayinələr təyin olunur. Zərərçəkənlərin kimliyi barədə tədbirlər görülüb. Cinayət istintaqı davam edir.
İnternetdə hadisə yerindən bir video yayımlanıb.
KONKRET.az