Baltikyanı ölkələr mayın 15-dən daxili sərhədlərini açır
6 May 2020 15:15 DünyaLatviya, Litva və Estoniya mayın 15-dən etibarən ölkələrarası sərhədləri açacaq.
Bu barədə Latviyanın Baş naziri Krişyanis Karinş öz "Twitter" səhifəsində yazıb.
O bildirib ki, bu qərar Litva Baş naziri Saulyus Skvernyalis və Estoniya Baş naziri Yuri Ratasla videokonfrans zamanı qəbul edilib.
Eyni zamanda, bu ölkələrə gələn digər vətəndaşlar 14 gün müddətinə karantinə alınacaq.
trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31