Ukraynada sahibkarlar etiraz edir - FOTO
6 May 2020 15:04 DünyaUkraynanın paytaxtı Kiyevdə, Avropa Meydanı yaxınlığında sahibkarlar "Karantin öldürür" şüarı altında etiraz aksiyası keçiriblər.
Ukraynada karantin məhdudiyyətlərinin tezliklə aradan qaldırılmasını tələb edən aksiya iştirakçıları Qruşevski küçəsini bağlayıblar. Bölgə sakinlərinin də həmin tələbi dəstəkləmək üçün paytaxta gəlməsi səbəbindən aksiya getdikcə genişlənir.
Polis hökumət idarələrinin yerləşdiyi həmin məhəllədə təhlükəsizlik tədbirlərini gücləndirib.
paralel.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31