Tramp maska zavoduna "maskasız" getdi

ABŞ Prezidenti Donald Tramp, ABŞ-ın Arizonadakı maska ​​istehsalı müəssisəsinə baş çəkib.

Koronavirusun yayılması ilə mübarizədə xalqa maraqlı təklifləri ilə gündəmdən düşməyən ABŞ Prezidenti Donald Tramp, Arizona ştatında N95 maskaları istehsal edən "Honeywell" maska istehsal edən fabrikinə səfəri zamanı maska ​​taxmayıb. Sosial mediadan Trampa və ətrafında olanlara maska ​​taxmadıqlarına görə mənfi reaksiya olunub.

Trampa maska ​​taxmadığına görə reaksiya verən bir çox insan, "Maska fabrikinə baş çəkirsiniz amma maska ​​taxmırsınız, nəyi sübut etməyə çalışırsınız?"deyib.

Digər tərəfdən, ABŞ-ın vitse-prezidenti Mayk Pens, əvvəlki gün səhiyyə ocağına baş çəkərkən maska ​​taxmayıb və tənqidlərdən sonra "maska ​​geyinməli olduğunu" etiraf edib.

sonxeber.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31