İranda güclü zəlzələ baş verdi

İranın qərbində yerləşən Lorestan vilayətinin Firuzabad rayonu ətrafında 5,1 bal gücündə zəlzələ baş verib.

Olaylar.az Trend-ə istinadən əbər verir ki, bunu İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzi bildirib.

Zəlzələ yerli vaxtla saat 12:37-də 7 km dərinlikdə qeydə alınıb. Ehtimal olunan dağıntı və tələfat haqda məlumat verilməyib.

Zəlzələ Firuzabad rayonunun 16 kilometrliyi, Ələştər rayonunun 21 kilometrliyi və Sərab şəhərinin 21 kilometrliyində baş verib.

Qeyd edək ki, 23 fevralda İranın Qərbi Azərbaycan vilayətinin Xoy rayonunda baş verən zəlzələdə 109 nəfər yaralanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31