Məşhur Hollivud ulduzu kosmosda filmə çəkiləcək – NASA açıqladı
6 May 2020 12:37 DünyaAmerikalı aktyor Tom Kruz Beynəlxalq Kosmik Stansiyanın göyərtəsində film çəkilişində iştirak etmək niyyətindədir.
Olaylar.az xəbər verir ki, bu barədə NASA-nın başçısı Cim Braydenstayn açıqlama verib.
"NASA Beynəlxalq Kosmik Stansiyanın göyərtəsində Tom Kruzla şləməkdən məmnun olacaq! Bizim ambisiyalı planlarımızı reallığa çevirmək, yeni nəsil mühəndis və elm adamlarını ruhlandırmaq üçün populyar kütləvi informasiya vasitələrinə ehtiyacımız var", - deyə o, "Tvitter" də yazıb.
teleqraf.com
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31