ABŞ koronavirusa yoluxmuş iranlı alimi sərbəst buraxacaq

Vaşinqtondakı Pakistan səfirliyindəki İranın maraqlarına cavabdeh şəxs verdiyi açıqlama zamanı koronavirusdan sağalan iranlı alimin azad ediləcəyini söyləyib.

Bu barədə "Reuters" agentliyi İran və Amerika rəsmisinə istinadən məlumat yayıb.

Məlumata görə, Vaşinqtonun ABŞ sanksiyalarını pozduğuna görə həbs etdiyi iranlı alim Sirus Əsgərinin azad ediləcəyi bildirilib.

Sirus Əsərinin sərbəst buraxılması İran və ABŞ arasındakı məhbus mübadiləsinin bir hissəsidir.

Pakistanın Vaşinqtondakı səfirliyindəki İranla əlaqəli diplomat Əbülfəz Mehrabadi "59 yaşlı doktor Əsgəri hazırda koronavirusa görə ABŞ Saxlama Mərkəzində müalicə alır və sağaldıqdan sonra ABŞ-ı tərk edəcək. ABŞ immiqrasiya xidməti ilə birlikdə onu ən qısa müddətdə İrana gətirmək üçün işləyirik", - deyə açıqlama verib.

Eastnews.org

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31