Bu ölkə AB-ni Belarusa qarşı sanksiyalara çağırdı
6 May 2020 12:21 DünyaLitva Seymi Avropa Birliyini Rusiya və Belarusa qarşı sanksiya tətbiqinə çağıran qətnamə qəbul edib.
Litva sanksiyaların Belarusdakı Ostrovetskaya Atom Elektrik Stansiyasının tikintisi ilə əlaqədar qəbul edilməsi gərəkdiyini iddia edib. Qətnamənin lehinə Litva parlamentinin 82 deputatı səs verib.
Qeyd edək ki, Litva uzun müddətdir bu AES-in tikintisinə qarşı çıxır. Rəsmi Vilnüsə görə, bu AES onun elektrik stansiyalarının təhlükəsizliyinə təhdid yaradır.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31