Bu ölkədə koronavirusdan ölmək QADAĞAN EDİLDİ
6 May 2020 12:09 DünyaMeksikanın cənub-şərqindəki Verakrus əyalətindəki Sokonusko bələdiyyəsinin başçısı Rolando Rosas yerli sakinlərə koronavirusun yaratdığı xəstəlikdən ölmələrini qadağan edib.
Olaylar.az Report-a istinadən xəbər verir ki, bu barədə "Televisa" kanalı məlumat yayıb. Müvafiq açıqlama kəndinin mərkəzindəki bannerdə yerləşdirilib.
"Əmrə əsasən, koronavirus səbəbiylə bələdiyyə ərazisində ölmək qəti qadağandır"-deyə, məlumatda qeyd olunub.
Təxminən 5 200 insanın yaşadığı Sokonuskoda indiyə qədər heç bir yoluxma qeydə alınmayıb.
Rosasın sözlərinə görə, bu şəkildə o, əhalinin diqqətini xəstəliyin yayılmasının qarşısını almağa yönəlmiş tədbirlərə cəlb edib: "Düşünürəm ki, strategiya işlədi" bələdiyyə sədri əlavə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31