Ukraynada uşaqlar da koronavirusa tutuldu
6 May 2020 11:54 DünyaUkraynada son sutkada 487 nəfər koronavirusa tutulub.
Bununla da Ukraynada koronavirusa yoluxanların sayı 13 min 184 nəfərə çatıb.
Bunlardan 905-i uşaq, 2251-i isə tibb işçisidir.
Ölkədə son sutka ərzində koronavirusdan 11 nəfər ölüb.
Ümumilikdə, koronavirusdan ölənlərin sayı 327 nəfərdir. Ölənlərin 85 faizində ürək-damar, şəkərli diabet, böyrək çatışmazlığı kimi xəstəliklər olub. Yoluxanlardan 2097 nəfər tam müalicə olunaraq evlərinə buraxılıb.
Ukraynada COVID-19-a yoluxanların 60 faizi 30-59, 20,7 faizi isə 60-100 yaşlı insanlardır.
Qeyd edək ki, ölkədə mayın 11-dək bütün beynəlxalq uçuşlar dayandırılıb, karantin elan edilib.
unikal.org
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31