Koronavirus uşaqlarda nadir xəstəlik ortaya çıxardı: 15 azyaşlı...
ABŞ-ın Nyu-York şəhərində 15 uşaq eyni şikayətlərlə xəstəxanaya yerləşdirilib.
6 May 2020 11:09 DünyaABŞ-ın Nyu-York şəhərində 15 uşaq eyni şikayətlərlə xəstəxanaya yerləşdirilib.
Uşaqların yeni tip koronavirusla əlaqəli olduğundan şübhə edilən, nadir rast gəlinən xəstəliyə tutulduğu bildirilir.
Kavasakiyə bənzər xüsusiyyətlər daşıyan xəstəlik Avropa və ABŞ başda olmaqla, bir çox ölkədə aşkarlanıb.
Nyu-York Səhiyyə Departamentinin yazılı açıqlamasında 15 uşağın Kavasaki sindromu diaqnozu ilə müalicəyə cəlb edildiyi bildirilib. Bu azyaşlılardan 4-nün COVID-19 testi pozitiv çıxıb, 6-da isə virusla əlaqəli antikor aşkarlanıb. Onlardan 5-i süni tənəffüs aparatlarına qoşulub.
Açıqlamada nadir rast gəlinən, ölümcül ola bilən Kavasaki xəstəliyinin yüksək qızdırma, əl və ayaqların üşüməsi, göz qızarıqlığı, limfaların şişkinliyi, boğazda iltihablanma kimi simptomlar ortaya çıxardığı, xüsusilə 5 yaşdan kiçik uşaqlarda daha effektiv olduğu ifadə edilib.
publika.az