Alman həkim XƏBƏRDARLIQ ETDİ: Dünyanı iki yeni koronavirus dalğası gözləyir

Dünyada yayılan koronavirusun ikinci dalğası demək olar ki, qaçılmazdır və bundan sonra COVID-19 pandemiyasının üçüncü dalğası da başlaya bilər.

Bu barədə Almaniyanın Robert Kox İnstitutunun rəhbəri Lotar Viler məlumat verib. Onun fikrincə, yeni növ koronavirus infeksiyası dünya əhalisinin 60-70 faizi xəstələnənə qədər yayılacaq.

"Demək olar ki, ikinci dalğanın olacağını bilirik. Bəzi həmkarlar üçüncü koronavirus dalğasının çox ehtimal olunduğunu düşünür", - deyə Viler açıqlama verib.

Mütəxəssis insanları sosial məsafəni qorumağa çağırıb.

Xatırladaq ki, Sankt-Peterburq Universitetinin alimləri də hesab edir ki, Rusiyada koronavirusla bağlı vəziyyət nəzarət altına alınsa da, istirahət etmək üçün tezdir: önümüzdəki aylarda xəstəliyin ikinci dalğası gələ bilər.

publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31