Çexiyada koronavirusa qarşı peyvənd hazırlanır

Çexiyada pandemiyanın ikinci və üçüncü dalğası ehtimalları nəzərə alınaraq koronavirusa qarşı peyvəndin hazırlanması üzərində tədqiqatlar davam etdirilir.

Bu barədə Çexiyanın Səhiyyə naziri Adam Voytex mayın 4-də keçirilən mətbuat konfransında məlumat verib.

"Vaksinin hazırlanması üzərində Dövlət Səhiyyə İnstitutunun, Hematologiya İnstitutunun, Klinik və Eksperimental Tibb İnstitutunun alimləri çalışırlar. Hazırda tədqiqatların ilk laboratoriya mərhələsi həyata keçirilir", - deyə nazir bildirib.

Tədqiqatın elmi rəhbərlərindən biri olan kardioloq Vera Adamkovanın sözlərinə görə, Çexiyada COVID-19 əleyhinə vaksinin hazırlanması üzərində işlər cari ilin fevral ayından başlayıb. Hazırda dünyada 80-nə yaxın laboratoriya bu kimi tədqiqatlarla məşğul olur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31