Koronavirusa qalib gələn ölkə qapılarını DÜNYAYA BAĞLADI: təkcə o ölkəyə...

Ötən həftə koronavirusa qarşı mübarizədə zəfər əldə etdiklərini açıqlayan və son 2 gündə yeni yoluxma aşkarlanmayan Yeni Zelandiya sərhədlərini açmayacaq.

Bu barədə ölkənin Baş naziri Yasinda Ardern avstraliyalı həmkarı Skott Morrison ilə keçirdiyi tele-konfransda danışıb.

Yeni Zelanda Başbakanı Ardern: Sınırlarımız dünyanın geri kalanı için uzun süre kapalı kalacak

Baş nazir bildirib ki, ölkəsinin sərhədləri Avstraliyadan başqa bütün ölkələr üçün uzun müddət bağlı olacaq. İki ölkə arasında təhlükəsiz səyahət koridoru yaradılacaq və hər iki ölkənin pandemiyaya qalib gəlməsi sayəsində belə səyahət mümkün olacaq: "Təhlükəsiz səyahət bölgəsi qarşılıqlı fayda təmin edəcək. Ticarət və iqtisadi əməkdaşlıqlarını genişləndirəcək, turizm və nəqliyyat sektorlarının fəaliyyətinə təkan verəcək".

Avstraliyanın Baş naziri Skott Morrison da iki ölkə arasındakı səyahət qadağasının götürülməsinin normal həyata qayıdış üçün başlanğıc olacağını deyib.

Qeyd edək ki, Yeni Zelandiyada koronavirusdan 20 nəfər, Avstraliyada isə 97 dünyasını dəyişib.

Yeni Zelandiyada qeydə alınan 1 486 xəstədən 1 302 nəfəri sağalıb. Avstraliyada isə 6 min 825 nəfərdən 5 min 859-u xəstəliyə qalib gəlib. (publika.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31