Ağcaqanadlarda güclü immunitet aşkarlanıb
5 May 2020 18:02 DünyaKeniya və Böyük Britaniya alimləri ağcaqanadlar üzərində təcrübə apararkən qəribə yenilik ediblər.
Alimlər təcrübəni Keniyanın Viktoriya gölündə aparıblar. Aydın olub ki, bu həşəratların mikroorqanizmində immun sistemini qoruyan xüsusi mikrob var. Əsasən bağırsaq və cinsi orqanlar daxilində yuva salan parazitlər ağcaqanadları malyariya kimi yoluxucu xəstəliklərdən qoruyur. Təhlükə yaranan kimi bu kiçik mikroblar yoluxucu infeksiyalara qarşı "savaşır". Mikroblar həmçinin immuniteti gücləndirmək üçün ağcaqanadları yüngülcə xəstələndirir, beləliklə, onların orqanizmində xəstəliyə müqavimət yaradır.
Moderator.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31