Nurməhəmmədovun atası təcili Moskvaya aparıldı
5 May 2020 17:47 DünyaUFC çempionu Həbib Nurməhəmmədovun atası Abdulmanap Nurməhəmmədov vəziyyəti ağırlaşıb və o, xüsusi reyslə Moskvadakı xəstəxanalardan birinə aparılıb.
Bu barədə Nurməhəmmədovlar ailəsinin dostu Ubaydulla Osmanov açıqlamasında deyib.
"Nurməhəmmədov Maxaçqalada xəstəxanada yatırdı. Əvvəlcə hər şey yolunda idi. Sonradan onun vəziyyəti pisləşdi və xüsusi reyslə Moskvaya aparıldı. Güman edirəm ki, ürəyində problemlər var idi", - Osmanov bildirib.
Qeyd edək ki, aprelin 25-də Abdulmanap Nurməhəmmədov pnevmoniya şübhəsi ilə xəstəxanaya yerləşdirilmişdi. Koronavirusla bağlı testdən keçsə də, nəticələr barədə məlumat verilməmişdi.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31