Ermənistanda məmur bir gündə iki vəzifə dəyişdi
Ermənistanda məmur bir gündə iki vəzifə dəyişdi
5 May 2020 16:54 DünyaErmənistan hakimiyyətində maraqlı təyinat baş verib.
Dünən Ermənistan Dövlət Nəzarəti Xidməti sədrinin müavini Argişti Kərəmyan vəzifəsindən azad edilərək, İstintaq Komitəsi sədrinin müavini təyin edilib. Bu barədə qərarı Ermənistan Baş naziri Nikol Paşinyan imzalayıb.
Bu gün isə Paşinyan qərarını dəyişib və onu vəzifəsindən azad edib. Bunun ardınca Ermənistan Prezidenti Armen Sərkisyan Kərəmyanı Milli Təhlükəsizlik Xidməti sədrinin müavini təyin edib.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31