Batumi və Kutaisiyə giriş-çıxışlar açılıb
5 May 2020 16:15 DünyaKoronavirus səbəbiylə bağlanan Gürcüstanın iki böyük şəhəri Batumi və Kutaisiyə giriş açılıb.
Bu barədə jurnalistlərə Batumi meri Laşa Komaxidze məlumat verib.
"Artıq Batumiyə heç bir məhdudiyyət olmadan səyahət etmək mümkündür, lakin bu komendant saatındən əvvəl baş tutmalıdır. Komendant saatı yenidən qüvvədədir. Postlara gəlincə, şəhərə girən insanların hərarətini yoxlamaq üçün onlar qalacaq", Komaxidze bildirib.
Batumi və Kutaisinin açılması qərarını Gürcüstanın Baş naziri Georgi Qaxaria hökumətinin iclasında açıqlayıb. Tbilisi və Rustavi şəhərinə giriş bağlı qalacaq.
dia.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31