Karantindən bezən kişi evinin altında 120 yaşlı bir TUNEL TAPDI
5 May 2020 15:50 Dünyaİngiltərədəki yeni evində işləyən Ceyk Braun, divarındakı dəlikin arxasında böyük bir tunelin olduğunu aşkar edib.
İngiltərənin Plimut şəhərində yaşayan Ceyk Braun koronavirusun (COVID-19) yayılması səbəbindən vaxtının çoxunu sərf etdiyi evində bəzi dəyişikliklər etmək qərarına gəlib.
İşə başlayan Braun divarlardan birinin fərqli olduğunu görüb, dəliyin arxasında geniş və boş bir yer olduğunu başa düşüb.
Sözügedən yerin bir tunel olduğunu bilən Braun, araşdırmaları zamanı 1964-cü ildə çıxan boya qutularını tapıb.
Braun daha sonra tarixçi dostu Riçard Fişerlə əlaqə yaradaraq və yaşadığı təcrübələri ona danışıb.
Ərazinin o vaxt "Windridge Hill" adlanan bir yer olduğunu deyən Riçard, evlərin zirzəmilər kimi yeraltı ərazilərlə inşa edildiyini söyləyib.
Riçard, belə yerlərin sonradan şərab zirzəmilərinə və ya hətta mağara kimi vanna otağına çevrildiyini bildirib.




sonxeber.az