İngiltərədə sadəcə baxım evlərində 6 minə yaxın insan ölüb
5 May 2020 14:15 DünyaKoronavirusun ən çox təsir etdiyi ölkələrdən biri olan İngiltərədə sadəcə baxım evlərində 6 minə yaxın insanın öldüyü açıqlanıb.
İngiltərədə son statistikaya görə, Kovid-19 nəticəsində 28.734 nəfər ölüb, 190.584 nəfər virusa yoluxub. Ölkə mediası virus səbəbi ilə həyatını itirənlərin 5.890-ının baxım evlərində yaşayan yaşlılar olduğunu qeyd edib.
Birləşmiş Krallıq Statistika Sağlamlıq Təhlili və Həyat Hadisələri bölməsinin direktoru Nik Strayp verdiyi açıqlamada "ilin bu zamanında təxmin etdiyimizdən 4 dəfə çox ölüm halı qeydə alındı" - deyə ifadə edib.
Primetime.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31