Bü ölkədə koronavirusa qarşı peyvəndin hazırlanmasına 800 milyon dollar ayrıldı

Yaponiyanın Baş naziri Sindzo Abe koronavirusa qarşı dərman və peyvənd hazırlanmasına 800 milyon dollar vəsait ayırıb.

Bu məbləğin təqribən 234 milyon dolları Epidemiyaya Hazırlıq İnnovasiya Koalisiyasına (CEPI) köçürüləcək.

Yaponiyanın baş naziri beynəlxalq ictimaiyyəti birləşərək bu böhranı aradan qaldırmağa çağırıb.

"Yoluxucu xəstəliklər üçün heç bir sərhəd yoxdur", - deyə S.Abe bildirib.

oxu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31