Sinqapurda koronavirus dərmanının kliniki sınaqları başladı

Həkimlər Ebola dərmanının koronavirusa qarşı effektivliyini yoxlayacaq. Sinqapurlu həkimlər koronavirusun müalicəsində "Remdesivir" dərmanını sınaqdan keçirməyə qərar verib. Bununla bağlı artıq könüllülərin işə cəlb olunması başlayıb.

Əslində, bu dərman Ebolaya qarşı təsirli vasitə olaraq hazırlanıb. Lakin hələ də koronavirusa qarşı xüsusi dərman olmadığından həkimlər yoluxmuş insanları müalicə etmək üçün artıq qeydiyyatdan keçmiş dərman birləşmələrini sınaqdan keçirmək niyyətindədir.

Araşdırmalarda iştirak etmək könüllüdür, çünki bu bir riskdir, müalicənin nə qədər effektiv olduğu və koronavirusa yoluxanların hansı əks təsirləri olduğu bilinmir.

"Kliniki sınaqlara imza atan xəstələr nəzarət qrupunda olduqları təqdirdə "Remdesivir"və ya plasebo alacaqlar", - deyə Milli Yoluxucu Xəstəliklər Mərkəzinin rəhbəri Şaun Vasu, CNA-ya açıqlamasında deyib.

publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31